Dünya

Ukrayna BVF-dan 1,4 milyard dollar alıb

Beynəlxalq Valyuta Fondu artıq Ukraynaya təcili yardım formasında “Rapid Financing Instrument” aləti vasitəsilə 1,4 milyard dollar köçürüb. Bu barədə Milli Bankın rəhbəri Kirill Şevçenko bildirib.

“Bu proqram çərçivəsində vəsaitlər dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə kömək edəcək və Ukraynanın tədiyə balansını dəstəkləyəcək”, – o xatırladıb.

Şevçenko qeyd edib ki, Ukraynanın vəsaitlərdən istifadəsinə dair yekun qərarı Maliyyə Nazirliyi verəcək.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button