Mədəniyyət

Uill Smitə “Oskar” mərasimində iştirak etmək qadağan edilib

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar” mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid Rubin və Don Hudsonun açıqlamalarına istinadən bildirib.

Bildirilib ki, 94-cü “Oskar” mükafatının təqdimatı mərasimi 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi: “Lakin bu məqamlar cənab Smitin səhnədə nümayiş etdirdiyini gördüyümüz yersiz və zərərli davranışla kölgə saldı”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button