İdman
UEFA Şotlandiya – Ukrayna matçının vaxtını açıqladı

DÇ-2022-nin pley-off mərhələsində Şotlandiya və Ukrayna milliləri arasında keçiriləcək yarımfinal oyununun vaxtı dəqiqləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş iyunun 1-də keçiriləcək.
Cütün qalibi ilə Uels arasında keçiriləcək matçın da vaxtı açıqlanıb. Oyun iyunun 5-də olacaq.
Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq.