İdman

UEFA “Qarabağ”ın oyunundakı hadisələrə görə “Bazel”i cəzalandırdı

UEFA “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biri “Bazel”i cəzalandırıb.

Qol.az xəbər verir ki, buna səbəb mərhələnin 4-cü turunda komandanın azarkeşlərinin Ağdam təmsilçisi ilə ev oyununda davranışları olub. Klub fanatları görüşdə ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlayıb və priotexniki vasitələrdən istifadə edib. Nəticədə “Bazel” keçidlərin bağlanmasına görə 6 min avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 min 750 avro cərimələnib.

Qeyd edək ki, “Bazel” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button