İdman

UEFA prezidenti Superliqa yaratmaq istəyən klub rəhbərlərini tənqid edib

“Mən onların başqa turnirə getməsinin əleyhinə olmaram. Çox əyləncəlidir ki, bu komandalar həm yeni turnir yaratmaq, həm də cari mövsümdə Çempionlar Liqasında oynamaq istəyir”.Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.Sloveniyalı funksioner növbəti dəfə “Barselona”, “Real” və “Yuventus”u tənqid edib. Çeferin Superliqa yaratmaq həvəsində olan klubların rəhbərlərini qınayıb: “Hər üç klubda səriştəsiz rəhbərlik var. Onlar futbolu öldürməyə cəhd ediblər. Peres ağlayır və deyir ki, klub yalnız Superliqa hesabına yaşaya bilər. Sonra isə Killian Mbappe üçün 180 milyon avro verməyə hazır olur”.Qeyd edək ki, Superliqa 12 klubun razılığı ilə yaradılsa da, fəaliyyəti qısa çəkib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button