İdman

UEFA prezidenti Erikseni xilas edən həkimləri mükafatlandırıb

Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması prezident mükafatının təqdimatı ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Aleksandr Çeferin AVRO-2020-nin oyunu zamanı huşunu itirən Kristian Erikseni xilas edən həkimləri mükafatlandırıb.
Meydanda ona yardım edən həkimlər Moqens Kreutzfeldt, Frederik Flensted, Anders Boesen, Peder Ersqaard, UEFA-nın arenadakı həkimi Yens Kleynefeld, Valentin Velikov, Danimarka yığmasının həkimləri Morten Skyoldaqer və Morten Boesen mükafat alıb. Millinin kapitanı Simon Kyaerin özünü komanda yoldaşına yetirib ilk yardımı etməsi də diqqətdən kənar qalmayıb və o da mükafatlandırılıb.
Qeyd edək ki, Eriksen Finlandiya ilə 1-ci turun oyununda (0:1) huşunu itirərək yerə yıxılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button