İdman

UEFA Musa Qurbanlını fərqləndirdi

Konfrans Liqasında çıxış edən 4 klubun futbolçusu fərqləndirilib.

Qol.az turnirin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu 4 oyunçu arasında “Qarabağ”ın hücumçusu Musa Qurbanlı da var.

Digər 3 futbolçu isə PAOK-dan (Yunanıstan) Yasmin Kurtiç, “Budyo Qlimt”dən (Norvç) Uqo Vetlesen və “Zarya”dn  (İkrayna) Şahab Zahedidir. Paylaşıma izləyicilərə “Bu həftəsonu ən çox diqqətinizi kim çəkdi” sualı ünvanlanıb.

19 yaşlı hücumçu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”ın “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldiyi oyunda dubl edib. Yasmin Kurtiç və Uqo Vetlesen də 2 qol vurub. Şahab Zahedi isə het-trik eib. Futbolçuların bu performansına görə Konfrans Liqasının rəsmi səhifəsi onlar haqda paylaşım edib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button