İdman

UEFA “Marsel” – “Qarabağ” dueli ilə bağlı sorğu keçirir

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və Fransa “Marsel”i ilə bağlı sorğu keçirir.

Postda “kim 1/8 final mərhələsinə yüksələcək” sualı ünvanlanıb.

Hələlik səsvermədə 1463 şəxs iştirak edib. Onlardan 73,5 faizi Fransa klubunun, 26,5 faizi isə Azərbaycan təmsilçisinin mərhələ adlayacağını düşünür.

Qeyd edək ki, bu gün “Velodrom” stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button