İdman

UEFA Konfrans Liqasında növbəti finalın ev sahibini açıqlayacaq

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi açıqlanıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək toplantıda aşağıdakı qərarlar qəbul olunacaq:

* AVRO-2024-ün final mərhələsinin təqvimi

* Ev sahiblərinin təyin olunması

– 2023-cü il UEFA Konfrans Liqasının final oyununun yeri

– 2023-cü il UEFA Konqressinin yeri

* Turnirlərdə qaydaların təsdiqi

– Avropa çempionatının seçmə və final mərhələsi

– 17 və 19 yaşadək futbolçular arasında Avropa çempionatları (2022/2023 mövsümü)

– 17 və 19 yaşadək qızlar arasında Avropa çempionatları (2022/2023 mövsümü)

– 19 yaşadək futzalçılar arasında Avropa çempionatı (2022/2023 mövsümü)

– Region Kuboku (2022/2023 mövsümü)

* Texniki qaydaların təsdiqi

– Qadınlar arasında Çempionlar Liqası üçün lisenziyalaşdırma qaydaları

– İntizam qaydaları (2022-ci il üçün)

– Avadanlıq qaydaları (2022-ci il üçün)

– Klubların Maliyyə Nəzarəti Orqanını tənzimləyən prosedur qaydaları (2022-ci il üçün)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button