İdman
UEFA İcraiyyə Komitəsinin təcili iclası çağırıldı

Fevralın 25-də UEFA İcraiyyə Komitəsinin təcili iclası keçiriləcək.
Bu haqda UEFA-nın yaydığı açıqlamada bildirilib. İclas Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişəyə görə qurumun prezidenti Aleksandr Çeferin tərəfindən çağırılıb.
İclada bölgədəki futbolla bağlı vəziyyət qiymətləndirilərək gələcək addımlar müəyyənləşdiriləcək.