İdman

UEFA erməni təxribatına görə “Marsel”ə intizam işi açdı

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyundan sonra “Marsel”ə qarşı intizam işi açıb.

Qol.az qurumun saytna istinadən xəbər verir ki, Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə və stadionlarda keçidlərin bağlanmasına görə günahlandırılır.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, sözügedən görüşdə “Marsel” 3:1 hesabı ilə qalib gəlib. “Qarabağ”ın fevralın 24-ü Fransa təmsilçisini Bakıda qəbul edəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi “Marsel” ilə Fransada keçirdikləri matç zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button