İdman

UEFA Azərbaycan klubları üçün lisenziya tələblərini sərtləşdirir

UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş videokonfrans formatında iclası keçirilib.

AFFA-nın rəsmi saytı bildirir ki, iclasda Avropa futbol qurumunun və ona üzv olan 55 milli assosiasiyanın Lisenziyalaşdırma şöbələrinin əməkdaşları iştirak edib.

Toplantı klubların lisenziyalaşdırılması və Maliyyə “Fair Play” qaydalarında növbəti mövsüm öncəsi baş verəcək dəyişikliklərə həsr olunub. Potensial dəyişikliklər idman, kadr-inzibati, hüquq və maliyyə meyarlarını, həmçinin UEFA-nın Maliyyə Fair Play tələblərini əhatə edərək, klub yarışlarında iştirak etmək üçün lisenziya tələblərinin ümumən sərtləşdirilməsi nəzərdə tutulub.

Bütün qeyd olunan dəyişikliklərlə bağlı ətraflı məlumatları, yeni qaydaları UEFA rəsmi şəkildə təsdiqlədikdən sonra AFFA-nın Lisenziyalaşdırma Qrupu bunu Premyer Liqa və I Divizion klublarına təqdim edəcək.

Eyni zamanda, klublar üçün müvafiq köməkçi materiallarının hazırlanması və treninqlərin təşkil olunması nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button