İqtisadiyyat

ÜDSY-nin kimlərə şamil olunmadığı açıqlanıb

Ailə üzvlərindən biri xarici ölkə vətəndaşıdırsa, həmin ailəyə ünvanlı dövlət sosial yardımının hansı qaydada verilməsi məsələsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov “Sosial saat”da bildirib ki, ailə üzvü digər ölkənin vətəndaşıdırsa, Azərbaycan ərazisində daimi və müvəqqəti yaşamaqla bağlı vəsiqələr verilir:

“Məlumatların daxil edilməsində həmin vəsiqədən istifadə etmək olar. Amma daimi yaşamaq hüququ yoxdursa, ünvanlı sosial yardım məbləğinin hesablanmasında həmin şəxslər nəzərə alınmır. Eyni zamanda tam dövlət təminatında olanlar, cəzaçəkmə müəssisələrində olanlar, müddətli hərbi xidmətdə olan vətəndaşlar da sosial yardım məbləğinin hesablanmasında nəzərə alınmır” – o deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button