İdman

Üçqat olimpiya çempionu karyerasını bitirib

Akademik avarçəkmə üzrə 3 qat olimpiya çempionu Hemiş Bond karyerasını başa vurub.

Yeni Zelandiyadan olan təcrübəli idmançı 36 yaşında idmanla vidalaşıb.

Hemiş Bond 2012-ci ildə London, 2016-cı ildə isə Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında Erik Marreylə birlikdə 2 nəfərlik qayıqla mübarizədə qızıl medal qazanıb. Marreyin karyerasını bitirməsindən sonra Bond Tokio-2020-də 8 nəfərlik qayıqla çempion olub. Bond həmçinin 8 qat dünya çempionudur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button