Dünya

Türkmənistanda prezident seçkiləri kampaniyasına start verilib

Bu gün Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib. İlkin mərhələ namizədlərin irəli sürülməsi mərhələsidir.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçkilərin elan edilməsi tarixinədək qeydiyyatdan keçmiş siyasi partiyalar, həmçinin vətəndaş qrupları namizəd irəli sürmək hüququna malikdir.

Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button