İqtisadiyyat

Türkiyənin hərbi hava sənayesi şirkəti Azərbaycanda ofisini açacaq

Türkiyənin hərbi hava aənayesi sahəsində fəaliyyət göstərən HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu şirkətin baş meneceri Mehmet Akif Nacar “Hərbi Sənaye” dərgisinə müsahibəsində deyib.

O qeyd edib ki, şirkətin artıq Qətər, Oman, Küveyt, Malayziya və Pakistan kimi ölkələrdə ofisi var və Azərbaycandakı nümayəndəliyin yaxın zamanda açılması gözlənilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button