Dünya

Türkiyədə ukraynalı turistlər yol qəzasına düşüb, ölən və yaralanan var

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda yolu keçmək istəyən iki piyadanı avtomobil vurub.
“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qəza Alanyanın Okurcalar ərazisində baş verib.
Məlumata görə, ukraynalı turistlər İqor Pasyanski və Svetlana Luilko hotelə qayıtmaq üçün piyada keçidindən keçərkən yol qəzasına düşüblər.
Turistlərdən biri, 62 yaşlı İqor Pasyanski hadisə yerində ölüb, 55 yaşlı qadın turist Svetlana Luilko isə ağır yaralanıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button