Dünya

Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, onlarla xəsarət alan var

Türkiyədə ağır yol qəzası olub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nevşehirdə qeydə alınıb.
Belə ki, 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım cəlb edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button