Siyasət

Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər – VƏZİYYƏT GƏRGİNLƏŞDİ

Yunanıstanın Krit adasının şərqində və cənubunda dəniz sərhədlərini 12 milə qədər artırmaq istəyi Türkiyə ilə münasibətlərini daha da gərginləşdirib.

Savash.org xəbər verir ki, Yunanıstan Xarici İşlər naziri Nikolas Dendias rəsmi Afinanın ərazi sularını ölkənin qərbindəki İon dənizində 6 mildən 12 milə qədər genişləndirilməsini nəzərdə tutan qanun layihəsi ilə əlaqədar parlamentdə təxribat xarakterli çıxış edib.

N.Dendias, “növbəti addım Yunanıstan ərazi sularının Krit adasının cənubuna və şərqinə doğru genişlənməsi olacaq” deyə bildirib. Bu isə iki ölkə arasında baş verəcək müharibə mövzusunu növbəti dəfə gündəmə gətirib.

XİN rəhbəri həmçinin ərazi sularının suveren bir məsələ olduğunu və heç kimlə danışıq aparmayacaqlarını dilə gətirib.

Qeyd edək ki, 1995-ci ildə Türkiyə parlamenti Yunanıstanın Egey dənizindəki ərazi sularını genişləndirməsini “müharibə səbəbi” saymaqla bağlı bəyannamə qəbul edib.

The post Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər – VƏZİYYƏT GƏRGİNLƏŞDİ first appeared on Savash.org.

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button