Dünya

Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Ankara şəhərində Türkiyə və İran Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal və İran təmsilçilərinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kəni rəhbərlik ediblər.
Məlumata görə, məsləhətləşmədə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button