Dünya

Türkiyə sakini dünyanın ən uzun qadını kimi rekorda imza atıb

Türkiyə sakini Rumeysa Gelgi dünyanın ən uzun boylu qadın kimi tanınıb. Belə ki, onun boyu 215,16 sm-dir.
“Report” xəbər verir ki, bu barədə Ginnesin “Rekordlar Kitabı”nın saytında məlumat yerləşdirilib.
Rumeysa 2014-cü ildə 18 yaşında olarkən ən uzun gənc qadın kimi rekorda imza atıb.
Gelginin yüksək boy artımının səbəbi kimi nadir xəstəliklə – skeletin və daxili orqanların inkişafında sürətli böyümə və anomaliyalara səbəb olan “Weaver” sindromu göstərilir. O, gəzmək üçün təkərli kürsüdən istifadə edir.
Qadın insanlara nadir xəstəliklər haqqında məlumat verməyi vacib hesab edir. Rumeysa bildirib ki, insanların çoxu ona hörmətlə yanaşır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button