Dünya

Türkiyə Egey dənizində “Anadolu yıldızı-2021” təlimlərinə başlayıb

Türkiyə Silahlı Qüvvələri, Jandarm Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı xilasedicilərinin iştirakı ilə oktyabrın 13-də Egey dənizində “Anadolu yıldızı-2021” adlı təlimlərə başlayıb.
“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, təlimin birinci mərhələsində beynəlxalq sularda və hava sahəsindəki qəza nəticəsində yanan, batan bir ticarət gəmisinin axtarışı, xilasetmə əməliyyatı həyata keçiriləcək. Nəticədə xilas edilənlər ən yaxınlıqda yerləşən xəstəxanaya təxliyə ediləcək. Bu mərhələdə Quru Qoşunlarının bir axtarış-xilasetmə helikopteri, axtarış-xilasetmə təyyarəsi və Hərbi Hava Qüvvələrinin bir axtarış xilasetmə helikopteri, Hərbi Dəniz Donanmasının bir freqatı, Sahil Təhlükəsizlik Komandanlığının iki kateri, 4 qayığı, bir axtarış xilasetmə təyyarəsi, iki axtarış qurtarma təyyarəsi iştirak edir.
İkinci mərhələ oktyabrın 14-də başkayacaq və Menemen Dumanlı dağında keçiriləcək. Bu mərhələdə, dağa çıxan bir alpinist qrupunun ssenariyə uyğun olaraq yoxa çıxması barədə məlumat əsasında axtarış-xilasetmə əməliyyatı aparılacaq. Xilas edilən alpinistlər hospitala çatdırılacaq.
Təlimi 9 ölkədən 15 müşahidəçi izləyir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button