Dünya

Türkiyə Afrika ölkələrinə koronavirusa qarşı vaksin yardımı edəcək

“”TURKOVAC” peyvəndinin sınaqdan keçirilməsi və istifadəyə verilməsi ilə Afrika ölkələrinə vaksin yardımı da edəcəyik”.
“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadiyyat və İş Forumunda çıxışı zamanı deyib.
“İndiki çətin durumda vaksinə ancaq maddi maraq kimi yanaşılmasını qəbul edə bilmirik. Afrikanın qəlbimizdəki müstəsna yerini hər imkanda dilə gətiririk. Afrikanın da bizə eyni səmimiyyətlə yanaşmasını təqdir edirik”, – Türkiyə Prezidenti əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button