Dünya

Türkiyəyə səfər edən 12 yaşadək uşaqların PCR test verməsi tələb olunmayacaq

Türkiyə hökuməti ölkəyə gələn 12 yaşadək uşaqların PCR test və ya antigen ekspress-test verməməsinə icazə verib.
“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha əvvəl 6 yaşınadək uşaqların PCR test vermədən ölkəyə daxil olmasına icazə verilirdi. Yeni qaydalar sonradan yenidən baxılması şərtilə sentyabrın sonunadək qüvvədə olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button