Cəmiyyət

Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan “Report”a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1. İdrisov Ərşad Rafiq oğlu2. Misirzadə Rahib Mübariz oğlu3. Əmənli Nurlan Şirzad oğlu
Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button