Dünya

Türkiyənin NATO-ya üzv olmasından 70 il ötür

Bu gün Türkiyənin NATO-ya üzvlüyünün 70-ci öldünümü qeyd olunur.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu gün ölkəmizin NATO-ya üzvlüyünün 70-ci ildönümünü qeyd edirik. Türkiyə soyuq müharibə dövründə olduğu kimi, ondan sonra da ittifqın məsuliyyətli və öncül üzvlərindən biri olub. NATO-nun sərhədlərinin qorunması ilə missiyalarının yerinə yetirilməsinə əhəmiyyətli töhfələr verib. Türkiyə NATO-nun fəaliyyətini istiqamətləndirən əsas müttəfiqlərdən biri olub. Türkiyə sadəcə region üçün deyil, bütün Avro- Atlantik məkan üçün təhdid yaradan terrorçuluğa qarşı mübarizədə öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirir. Təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində səylərimizi davam etdiririk. Müttəfiqlərimizdən də gözləntilərimiz NATO-nun əsas qayəsi olan həmrəylik ruhunu davam etdirməkdir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Şimali Antantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu ildə yaradılıb. Hazırda qurumun 30 üzvü var. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən təşkilatın Baş katibi norveçli Yens Stoltenberqdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button