İdman

Türkiyənin məşhur futbol hakimi karyerasını bitirdi

Türkiyənin FIFA hakimi Mete Kalkavan karyerasını başa vurub.

Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, 43 yaşlı referi istefa ərizəsini Hakimlər Komitəsinə təqdim edib.

Kalkavan Hakimlər Komitəsi tərəfindən Super Liqa hakimliyi əlindən alınan 13 nəfər sırasında olmasa da, baş verənlərdən təsirlənərək, karyerasını bitirməyi məqsədəuyğun bilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Cüneyt Çakır, Ali Palabıyık, Abdulkadir Bitigen, Fırat Aydınus kimi tanınmış referinin Superliqa və 1-ci liqaya təyinat almayacağını açıqlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button