Cəmiyyət
Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə səfir “Twitter” səhifəsində bildirib.
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb. Hazırda xəstəliyi ağır qrip şəklində keçirirlər:
“Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, – C.Bağcı yazıb.