İqtisadiyyat

Türkiyədən Azərbaycana ixrac edilmiş bibərdə virus aşkarlanıb

Ötən həftə Türkiyədən Azərbaycana ixrac edilmiş bibərdə qəhvəyi qırış virusu aşkar edilib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, virus noyabrın 30-da “Best Supply Company”, dekabrın 3-də isə “Amotrade” şirkətlərinə məxsus məhsullarda aşkarlanıb. Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına köçürülüb.

Qəhvəyi qırış virusu Almaniya, İspaniya, Hollandiya və Belçika da daxil olmaqla bir çox ölkələrdə yayılıb. Virus bibərdən başqa pomidor, badımcan, kartof və tütünə də yoluxur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button