Dünya

Türkiyədəki uyğurlar Pekin Olimpiya Oyunlarını boykot etməyə çağırır

 

Çinin uyğur müsəlmanları İstanbulda etiraz aksiyası keçirərək, Çinin azlıqlara münasibətinə görə gələn ay Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb.

“Reuters” agentliyi xəbər verir ki, rtirazçılar şəhərin Türkiyə Olimpiya Komitəsinin binası qarşısında toplaşaraq, Şərqi Türküstanın müstəqillik hərəkatının mavi-ağ bayraqlarını dalğalandırıblar.
Nümayişçilər “Çin soyqırımı dayandırsın, Çin düşərgələri bağlayır” şüarları səsləndirib, bəziləri isə “Soyqırımı Olimpiadasını dayandırın” yazılmış pankart qaldırıblar.

Çin hakimiyyəti 2016-cı ildən bəri bir milyona yaxın uyğuru və digər ilk növbədə müsəlman azlıqları düşərgələrdə saxlamaqla məcburi əməyi asanlaşdırmaqda ittiham olunur.

Çin əvvəlcə düşərgələrin mövcudluğunu inkar etsə də, o vaxtdan onların peşə mərkəzləri olduğunu və ekstremizmlə mübarizə üçün nəzərdə tutulduğunu bildirib. Bütün sui-istifadə ittihamlarını rədd edir.

Çində düşərgələrdə qohumlarının olduğunu deyən hicablı uyğur evdar qadın Münəvvər Özuyqur “Çinin uyğurlara qarşı bütün işgəncələri, zülmləri və soyqırımları törətdiyi halda Olimpiadaya ev sahibliyi etməyə haqqı yoxdur” deyib.

Pekin Olimpiadası fevralın 4-də başlayır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button