Dünya

Türkiyədə yol qəzası olub, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Türkiyənin Kilis əyalətində minik maşını ilə TIR-ın toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan sürücülər Kilis dövlət xətəxanasına yerləşdiriliblər.
Kilis-Hatay avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button