Dünya

Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Afyonkarahisar əyalətinin İscehisar rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 4-ü şagird olmaqla 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Hadisə yerinə polis, təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Məlumata görə, rayonun Çatağıl kəndində baş verən hadisə nəticəsində sürücü və iki məktəbli yaralanıb.
Qəza yerinə Afyonkarahisar valisi Gökmən Çiçək, bələdiyyə sədri Mehmet Zeybək və əyalətin polis rəisi Əli Təmiz gedib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button