İqtisadiyyat

Türkiyədə illik inflyasiya sentyabrda 19,6% təşkil edib

Cari ilin sentyabr ayında Türkiyədə istehlakçı qiyməti indeksi ötən ilin eyni ayı ilə müqayisədə 19,58% artıb.
“APA Economics”in Türkiyə Statistika İnstitutuna istinadən verdiyi məlumata görə, ölkədə aylıq inflyasiya (təkcə sentyabrda) 1,25%-ə bərabər olub.
Son bir ildə isə ortaillik inflyasiya 16,42% təşkil edib.
Ən aşağı qiymət artımı alkoqollu içkilərdə və tütün məmulatlarında qeydə alınıb (illik 1,8%-lik artım). Ən kəskin illik artım isə qida və alkoqolsuz içkilərdə (28,79%), ev əşyalarında (23,27%) və kafe və mehmanxanalarda (23,27%) müşahidə olunub.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı bu yaxınlarda inflyasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, gözlənilmədən uçot dərəcəsini 19%-dən 18%-ə endirib. Sözügedən fonda Türkiyə lirəsinin dollara və manata qarşı rekord aşağı səviyyələri qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button