Dünya

Türkiyədə bu vaxta kimi 100 013 389 doza vaksin tətbiq edilib

Türkiyədə koronavirusa qarşı vaksinasiya kampaniyası çərçivəsində əhaliyə ümumilikdə 100 013 389 doza vaksin vurulub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
50 822 059 birinci doza, 39 488 261 ikinci doza, 9 208 878 üçüncü doza vaksinasiya həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, son 24 saatda 23 914 nəfər koronavirusa yoluxub. 262 insan COVID-19-dan həyatını itirib, 30 103 pasiyent isə xəstəlikdən sağalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button