Dünya

Türkiyədə azərbaycanlı qadını öldürən kişi intihar edib

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib.
Azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı, Duran Aşar tərəfindən öldürülüb.
Belə ki, tərəflər arasında yaranan mübahisə qanla bitib. Duran Aşar 53 yaşlı Tərhanə Yamana tüfənglə atəş açıb. Qadın aldığı güllə yarasından hadisə yerində keçinib.
Qətli törədən şəxs isə Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Bildirilib ki, maddi çətinliyi olan Duran Yaşar öz evində kirayə yaşayırmış.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button