Dünya
Türkiyə XİN: “Krımın ilhaqı beynəlxalq hüquqa ziddir”

“Ukraynanın Krım Muxtar Respublikası 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Rusiya Federasiyasına ilhaq edilib. Beynəlxalq hüquqa zidd olan bu əməl ölkəmiz və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN-in Krımın Rusiya tərəfindən ihlaqının 8-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.