Siyasət

“TÜRKİYƏ VƏ RUSİYA BİRLƏŞƏRƏK FRANSANI CƏNUBI QAFQAZDAN QOVUB” – ““Müharibə bitdi, Türkiyə dayandı” məsələsi yoxdur”

Toğrul İsmayıl:“Türkiyə yenə xəbərdarlıq edir ki, razılaşmaya əməl etmək lazımdır, əks təqdirdə sözünü deyəcək və Azərbaycanın yanında yer alacaq”

“Əsas iş üçtərəfli anlaşma çərçivəsində rəsmi prosedurları diqqətlə izləməkdir. Hər şey qrafikə uyğun formada davam edir”

https://googleads.g.doubleclick.net/pagead/ads?guci=2.2.0.0.2.2.0.0&client=ca-pub-5860023968987848&output=html&h=280&adk=40819994&adf=3270209717&pi=t.aa~a.2434778243~i.20~rp.4&w=635&fwrn=4&fwrnh=100&lmt=1606667052&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=5315004528&psa=1&ad_type=text_image&format=635×280&url=https%3A%2F%2Fazpolitika.info%2F%3Fp%3D612769&flash=0&fwr=0&pra=3&rh=159&rw=634&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChEIgM2S_gUQzN_42M_QwuOnARJIAL1WgU0qc3jAOkQp2Xmw9Eyob8uCpAOH1woZ9orLzCU9GZzhjU5DbZWTenKjS19t-cmC2Z1ZdrpnC_E69P1QKHJVfbsCfB0H&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjowfSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6MH1d&dt=1606667029268&bpp=3&bdt=4015&idt=3&shv=r20201112&cbv=r20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3D07b57b8919f83ced-22acf5cb76a60039%3AT%3D1605960417%3ART%3D1605960417%3AS%3DALNI_MY0tUa7tz70dQg6JzmemuMCdK6zJQ&prev_fmts=728×90%2C255x600%2C0x0%2C635x280%2C160x600%2C635x280&nras=4&correlator=6733240555599&frm=20&pv=1&ga_vid=508347752.1605895982&ga_sid=1606667026&ga_hid=1025151957&ga_fc=0&iag=0&icsg=37383968391179&dssz=34&mdo=0&mso=0&u_tz=240&u_his=22&u_java=0&u_h=768&u_w=1366&u_ah=738&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=310&ady=3991&biw=1349&bih=578&scr_x=0&scr_y=1682&eid=21067982&oid=3&psts=AGkb-H9EeXOK0nyqXaWrclbaJf9onK3hu98gTAsBE4ngFDiSLNVX2L5yM4k0URbxyeuD&pvsid=3926686192039882&pem=996&ref=https%3A%2F%2Fazpolitika.info%2F&rx=0&eae=0&fc=384&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C738%2C1366%2C578&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=8320&bc=31&ifi=7&uci=a!7&btvi=5&fsb=1&xpc=MVHY7VATzE&p=https%3A//azpolitika.info&dtd=22950

– 44 günlük müharibədə Türkiyənin fəaliyyəti qabarıq formada özünü göstərsə də, sanki son günlər qardaş ölkə proseslərdə aktiv görünmür. Əvəzində Rusiya daha çox önə çıxır. Sizcə, bu görüntünün səbəbi nədir?

– Mən bu görüntünü normal qiymətləndirirəm. Çünki Rusiya bölgədə sülhməramlı adı ilə mövcuddur. Bu da anlaşmadan irəli gəlir. Türkiyənin bölgəyə gəlməsi də Azərbaycan dövlətinin istəyi əsasındadır və gələcək. “Müharibə bitdi, Türkiyə dayandı” məsələsi yoxdur. Müharibə dövründə Türkiyə bütün ritorikası ilə Azərbaycanın yanında yer aldı və Bakını dəstəklədi. Yəni açıq mesaj verilirdi ki, bəzi qüvvələr bundan xəbərdar olsun. Amma indiki mərhələdə mən Türkiyənin fəaliyyətinin azaldığını zənn etmirəm. Ən yüksək səviyyədə açıqlamalar davam edir. Sadəcə, ritorika dəyişdi. Türk əsgərinin Azərbaycana gəlməsi üçün parlament qərar verdi, Rusiya ilə müzakirələr davam edir. Burada artıq proses diplomatiya müstəvisinə keçib. Fransaya da ilk etirazı Türkiyə etdi. Eyni zamanda, Türkiyə yenə də xəbərdarlıq edir, açıq bildirilir ki, əldə olunan razılaşmaya əməl etmək lazımdır, əks təqdirdə Türkiyə öz sözünü deyəcək və Azərbaycanın yanında yer alacaq. Sadəcə, proses müharibə fazasından diplomatik fazaya keçdiyi üçün bir qədər az həyacana səbəb olan açıqlamalar var. Ola bilsin ki, indiki müşahidələrə səbəb də budur. Amma Türkiyə aktivliyini bütün platformalarda ifadə edir.

– Amma fakt budur ki, Türkiyə hələ Qarabağa əsgər göndərməyib….

– Çox güman ki, bu proses Azərbaycanın istəyi əsasında baş verəcək. Ordu hazır vəziyyətdədir və hər an bu baş verə bilər. Bilirsinizmi, bəzi mexanizmlər var ki, bizlər vətəndaş olaraq onu görə bilmirik. Amma bu mexanizmlərin beynəlxalq, diplomatik tərəfləri var. Yəni bu iş heç kəsi qıcıqlandırmadan, sakit və ciddi şəkildə həll olunacaq.

Azərbaycanda türk hərbi gücünün varlığına gəldikdə, mənə görə bu, formal məsələdir. Çünki tərəflər arasında verilən qərarlar var və buna başqaları qarışa bilməz. İki müstəqil dövlət öz qərarları doğrultusunda bunu həyata keçirəcək. Rusiya da bunu qəbul edir. İndi mübahisə ordunun Dağlıq Qarabağın hansı bölgəsində olacağı ilə bağlıdır. Rusiya tərəfi də deyir ki, birgə müşahidə mərkəzi Azərbaycanın müəyyən etdiyi yerdə olacaq. Mən düşünürəm ki, görüş və müzakirələr tamamlandıqdan sonra bu prosedur aktiv fazaya keçəcək. Yoxsa, onsuz da Azərbaycan istədiyi zaman Türkiyə ilə birgə hərbi təlimlər keçirə bilir. İndi belə addımlara da ehtiyac yoxdur, çünki proses diplomatik müstəviyə keçdiyindən daha diqqətli və həssas olmaq lazım gəlir. Mübarizə davam edir.

– Müharibə bitdi, danışıqlar gedir, işğal olunan ərazilər Azərbaycana qaytarıldı, birgəyaşayış barədə danışılır. Sizcə, bununla da problem həllini tapırmı?

– Yox, problem birdəfəlik həll edilmir. Yuxarıda dediyim kimi, buna bir qədər zaman lazımdır. Problem nə zaman olmayacaq? Azərbaycan və Ermənistan arasında sülh anlaşması imzalananda. İkincisi, Azərbaycan ərazisindən xarici dövlətlərin sülhməramlılarının çıxması məsələsidir. Üçüncüsü, birgəyaşayışın təmin edilməsidir. Bu, azərbaycanlılar üçün asan məsələdir, çünki ermənilər bizim ərazidə yaşayırlar. Qarabağda ermənilərin aqressivliyi nə dərəcədə azalacaq, nə dərəcədə Azərbaycan vətəndaşı kimi yaşamağa meyl göstərəcəklər kimi suallar var. Onlar maraqlıdırlar ki, rus əsgərləri getməsin, proses uzansın. Yalnız bu məsələlər tam həll edildikdən sonra deyə bilərik ki, bölgədə sabitlik hökm sürür. İndi isə bunu demək hələ tezdir.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button