Dünya

Türkiyə və Rumıniya liderləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rumıniyalı həmkarı Klaus İohannis ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, danışıq zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı son hadisələr, eləcə də yerlərdə humanitar vəziyyət müzakirə edilib.

Prezident R.T. Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv səylər göstərdiyini vurğulayıb. Türkiyə lideri qeyd edib ki, Ankara bununla yanaşı, Ukrayna və qonşu ölkələrə, o cümlədən qaçqın axınına məruz qalan Rumıniyaya da humanitar yardım çatdırır.

Liderlər Ukraynadakı böhran nəticəsində yaranan məcburi miqrasiya axınına nəzarət sahəsində əməkdaşlıq və koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Prezidentlər həmçinin bu prosesin nəticələri ilə bağlı müxtəlif sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button