İdman

Türkiyə və İtaliya DÇ-2022-dən kənarda qaldı

DÇ-2022-də pley-off oyunlarına start verilib.

Qol.az xəbər verir ki, əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb. FİFA Ukraynadakı müharibə səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyib. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya matçı isə iyuna təxirə salınıb.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub və 1:3 hesabı ilə uduzub. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniyaya gözlənilmədən məğlub olub – 0:1. Uels Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.  İsveç isə Çexiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Portuqaliya, Şimali Makedoniya, Uels və İsveç pley-offun finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri 28-29 martda olacaq.

DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart

A yolu
23:45. Uels – Avstriya – 2:1

Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)

B yolu
23:45. İsveç – Çexiya – 1:0 

Qol: Kvayson, 110

C yolu
23:45. İtaliya – Şimali Makedoniya – 0:1

Qol: Traykovski, 90+2

23:45. Portuqaliya – Türkiyə – 3:1

Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak  Yılmaz, 85 (Türkiyə)

Final cütlükləri

Uels – Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya – Şimali Makedoniya

Polşa – İsveç

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button