Dünya

Türkiyə və İsrail siyasi dialoqu hədəfləyir – Ərdoğan

Ankara və Təl-Əviv iki ölkə arasında siyasi dialoqun bərpasına can atırlar.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada israilli həmkarı İshaq Hersoqla birgə mətbuat konfransında deyib.

R.T. Ərdoğan bildirib ki, İsraillə ümumi məqsəd iki ölkə arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan siyasi dialoqu canlandırmaqdır. Türkiyə dövlət başçısı İsrail prezidentinin ölkəyə səfərini tarixi adlandırıb və bu səfərin iki ölkə arasında münasibətlərdə yeni dönüş nöqtəsi olacağına əminliyini ifadə edib.

“Türkiyə və İsrail regionda sülh, əmin-amanlıq və birgəyaşayış mədəniyyətinin bərpasına töhfə verə bilər”, – R.T. Ərdoğan vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button