Dünya

Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.

XİN başçısı İsrail təhlükəsizlik qüvvvələrinin “Əl-Əqsa” məscidində törətdikləri hadisələrə dair sualı cavablandırarkən deyib ki, prezidentlər bu kimi məsələləri müzakirə edəcək.

M.Çavuşoğlu dövlət başçılarının telefon danışığının keçiriləcəyi tarixdən bəhs etməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button