Dünya

Türkiyə və Gürcüstanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş olub.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, hərbi-texniki, təhsil və birgə hərbi təlimlərin təşkili məsələləri nəzərdən keçirilib.
Tərəflər regiondakı mövcud vəziyyəti də müzakirə ediblər. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, qorunması sahəsində həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button