Dünya

Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Türkiyə və ABŞ-ın müdafiə nazirləri həmçinin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Hulusi Akarla Lloyd Ostin iki ölkə arasında daha sıx əməkdaşlıq və koordinasiya yolu ilə hərbi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button