İqtisadiyyat

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Rusiyadan Türkiyəyə 12 006,37 mln. kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.
“APA-Economics”in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-may aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-may aylarında Rusiyadan 4 522,12 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr “mavi yanacaq” ixrac olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button