Dünya

Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyada daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, bununla da bu gün Suriyanın şimalında zərərsizləşdirilmiş terrorçuların sayı 17-yə yüksəlib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button