Dünya

Türkiyə ordusu İraqın şimalında daha 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində terrorçu PKK qruplaşmasının 6 silahlısını zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimalındakı terror yuvalarını yerlə bir edirik. Qara bölgəsində icra edilən hava əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 6 silahlısı zərərsizləşdirilib. Terrora qarşı mübarizəmiz daha təsirli və qətiyyətli şəkildə davam edəcək”, – məlumatda vurğulanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button