Dünya

Türkiyə ordusu 12 terrorçunu məhv edib

Türkiyə hərbçiləri PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib, ilkin məlumata görə, 12 terrorçu məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ölkə ordusunun 3 hərbçisinin həlak olmasından sonra terrorçuların mövqelərinə güclü zərbələr endirib. Antiterror əməliyyatına aviasiya da dəstək verib. Əməliyyat zamanı 12 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyənin bir neçə hərbçisi Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində həlak olub. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button