Dünya

Türkiyə NATO təlimlərində iştirakdan imtina edib

Türkiyə Yunanıstanda keçiriləcək NATO hərbi təlimlərində iştirakdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır.

Qeyd olunur ki, “Tiger Meet” təlimlərinin texniki reqlamenti hazırlanarkən Yunanıstan tərəfi Türkiyəyə qarşı yönəlib, Egey dənizi üzərində hava sərhədləri ilə bağlı dəyişikliklər tətbiq edib.

Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələri təlimlərdə iştirak etməmək qərarı alıb.

“Tiger Meet” təlimləri mayın 9-dan 20-dək Yunanıstanda keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button