İdman

Türkiyə millisi Niderlandda 6 qol buraxıb

Türkiyə millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunda meydana çıxıb.
Şenol Günəşin yetirmələri II dövrəyə Niderlandda start verib. İlk 5 qarşılaşmada uduzmayan “ay-ulduzlular” bu dəfə azarkeşlərini məyus edib.
Bu görüşədək 11 xalla G qrupunun lideri olan Türkiyə yığması artıq ilk 45 dəqiqədə üç cavabsız top buraxıb. Devi Klassen 1-ci, Memfis Depay 16-cı və 38-ci dəqiqələrdə fərqlənib. Fasilə ərəfəsində qırmızı vərəqə alan Çağlar Söyünçü komandasını azlıqda qoyub.
İkinci hissə də meydan sahiblərinin üstünlüyü ilə keçib. Depay het-trikini rəsmiləşdirib – 4:0. Matçın sonlarında isə Quus Til və Donyel Malen darmadağını 6:0-a çatdırıb. Çengiz Ündərin uzatma dəqiqələrindəki qolu isə yalnız təsəlli xarakteri daşıyıb – 1:6.
Qrupun digər oyunlarında Norveç Cəbəllütariqi (5:1), Monteneqro Latviyanı qəbul edib. Bu nəticələrdən sonra Niderlandla Norveç 13 xalla liderliyi bölüşür. 3-cü olan Türkiyə yığması onlardan iki xal geri qalır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button