Dünya
Türkiyə kəşfiyyatı İraqın şimalında əməliyyat keçirib, terrorçular məhv edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat Metina məntəqəsində gerçəkləşdirilib.
Bildirilib ki, “Pençe-Şimşek” əməliyyatlarının keçirildiyi bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan 3 PKK/KCK terrorçusu zərərsizləşdirilib.